Dünya
Bu rəsm Avstraliyanın kəşf tarixini dəyişir - FOTO
Nyu-Yorkun “Les Enluminure” qalereyasının əməkdaşları yenicə əldə edilən portuqal manuskriptində kenquru şəkili aşkarlayıblar.
Mütəxəssislərin sözlərində görə, şəkil Avstraliyanın avropalılar tərəfindən kəşf olunması ilə bağlı tarixçilərin mövqeyini dəyişə bilər.
Yeni tapıntı ilə bağlı “The Age” jurnalı ətraflı məlumat verib.
Kilsə mahnılarının notlarının yer aldığı manuskript qalereya
tərəfindən portuqal kolleksiyaçısından 15 min dollara əldə
olunmuşdu. Sənədin 1580-1620-ci illərə aid olduğu bildirilir.
Tarixdən məlumdur ki, Avstraliyaya ilk dəfə 1606-cı ildə
hollandiyalı Billyem Yanszon ayaq basmışdı. Beləliklə, yeni sənəd
Avstraliyanın kəşfində portuqaliyaların öndə olduğunu göstərir.
“Ya bu manuskriptin müəllifi Avstraliyada olub, ya da daha
maraqlısı Avstraliyada yaşayan heyvanların təsvirləri həmin vaxt
Portuqaliyada məlum idi”-deyə qalereya yeni tapıntıya şərh
verib.
Bununla bağlı alimlər arasında elmi müzakirələr davam edir. Bəzi
tədqiqatçıların fikrincə, portuqaliyalardan öncə, Avstraliyanı
makasar kimi tanınan indoneziyalı ovçular kəşf edib.
Eli dairələrdə müzakirələr hələ də davam edir.
Azvision.az
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi