Dünya
NATO ölkələri Rusiya ilə gizli danışılar aparır
NATO-nun bir çox ölkəsi mürəkkəb geosiyasi vəziyyətə
baxmayaraq, Rusiya ilə münasibətləri inkişaf, dialoqu bərpa etmək
istəyir.
Bunu Rusiya Federasiyasının müdafiə nazirinin müavini Anatoliy
Antonov bildirib.
O deyib: "Hesab etmirəm ki, NATO bizim düşmənimizdir. NATO hansısa
adi struktur deyil. Mən ölkələrin adlarını çəkmək istəmirəm, amma
demək istəyirəm ki, bir çox NATO ölkəsinin nazir müavinləri bizə
gizli baş çəkir, bu barədə ucadan danışmamağı xahiş edirlər. Onlar
təklif edirlər ki, gəlin, münasibətləri inkişaf etdirək, bu
vəziyyətdən çıxış yollarını düşünək".
Nazir müavini sözlərinə əlavə edib ki, ötən cümə axşamı beynəlxalq
təhlükəsizlik üzrə 4-cü Moskva konfransında dialoqu bərpa etmək
üçün kifayət qədər siqnal aldıq. Onda sual olunur, ilk addımı kim
atmalıdır, kim əl uzatmalıdır. Mən dəfələrlə demişəm, NATO-nun
Rusiya Federasiyası ilə münasibətləri dondurmasına baxmayaraq,
tərəfdaşlarımız bizim o təşkilatla əlaqənin bərpasından çox şad
olacaqlarını söyləyirlər. Çünki belə şəraitdə, belə şərtlər
daxilində necə yaşamaq olar?!/anspress/
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü