Dünya
Ukrayna millətçilərinin lideri beynəlxalq axtarışa veriləcək
Rusiya Federasiyası istintaq komitəsi Ukrayna millətçilərinin “Sağ sektor” təşkilatının lideri Dmitri Yaroşa qarşı cinayət işini qaldırıb.
Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, D.Yaroş Rusiyaya qarşı terror və ekstremist çağırışlarda ittiham olunur.
Bu barədə istintaq komitəsinin nümayəndəsi Vladmiir Markin bildirib. “İstintaq komitəsi yaxın günlərdə Dmitri Yaroşun qiyabi həbs olunması xahişi ilə müraciət edəcək. Daha sonra isə onun beynəlxalq axtarışı elan ediləcək”, - V.Markin söyləyib.
Qeyd edək ki, Viktor Yanukoviçin devrilməsində əsas rollardan
birini oynayan D.Yaroş Rusiyaya münasibətdə sərt mövqeyi ilə
tanınır. Bir neçə gün öncə isə internetdə D.Yaroşun Rusiyaya qarşı
birgə mübarizə aparmaqla bağlı Şimali Qafqaz mücahidlərinin lideri
Doku Umarova çağırış mətni yerləşdirilmişdi.
Sonradan “Sağ sektor” təşkilatı bu müraciəti rədd edərək, bunun haker hücumları nəticəsində təşkilatın saytında yerləşdirildiyini bildirmişdi.
Ömər Dağlı
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı