Dünya
İraq - İordaniya sərhədində partlayış: 12 hərbçi həlak olub
İraqın İordaniya ilə sərhədində törədilən güclü
partlayışların hədəfi hərbçilər olub.
Publika.az-ın məlumatına görə, İŞİD qruplaşmasının üzvləri Ənbar
əyalətində Tarbil nəzarət-buraxılış məntəqəsinin yaxınlığında
dinamitlə dolu 3 avtomobil partladıblar. Hadisə nəticəsində azı 12
hərbçinin həlak olduğu, onlarla hərbçinin isə yaralandığı
bildirilir.
Yaralanan İraq hərbçiləri Krallığın ərazisindəki hospitallara
yerləşdirilib. Hadisədən sonra İordaniya hökuməti sərhəd
məntəqələrini bağlamağı qərara alıb.
Bu arada TASS informasiya agentliyinin yaydığı məlumata görə, Ənbar
əyalətində İŞİD yaraqlısının dinamitlə dolu buldozeri hərbi maşın
karvanına çırpması nəticəsində İraq ordusunun bir generalı və daha
iki yüksək vəzifəli zabiti həlak olub. Eyni zamanda, İraq ordusu
ağır döyüşlərdən sonra terrorçu qruplaşma üzvlərini Rəmadi şəhəri
yaxınlığındakı Fərat çayı üzərindən keçən strateji Əl-Xouz
körpüsündən çıxarmağa müvəffəq olub.
Xatırladaq ki, 2014-cü ilin ortalarından etibarən İraqın şimal-şərq
regionlarına iri miqyaslı hücumlara başlayan qruplaşma hazırda
Ənbar əyalətinin 80 faizinə və İraqın 1/3 hissəsinə nəzarət
edir.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü