Dünya
Davudoğlu: “İndi anlayıram ki, Gülən “indi vaxtı deyil” deməklə...”
Türkiyənin baş naziri Əhməd Davudoğlu 2013-cü ilin sentyabr ayında ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaat lideri Fəthullah Gülənlə keçirdiyi görüşün detallarını açıqlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir həmin görüşdə Gülənə son dəfə “Türkiyəyə dön” çağırışı etdiyini bildirib.
“Əlimizdə kəşfiyyat məlumatları var, xaricdə nələr etdiyini bilirdik. Son bir dəfə çağırış edərək Türkiyəyə dönməsini istədik. Amma o, Xomeyninin İrana qayıtdığı kimi Türkiyəyə 2013-cü ilin dekabrında dövlət çevrilişi ilə qayıtmalı idi”, - Əhməd Davudoğlu deyib.
Baş nazirin sözlərinə görə, Gülən onun çağırışına “indi vaxtı deyil” deyərək cavabı verib: “Açıq çağırışımızı son dəfə etmək istədik. 2013-cü ilin mayında Gəzi Parkı hadisələri olanda Rəcəb Tayyib Ərdoğan Güləndən Türkiyəyə dönməsini istəmişdi. Mənim çağırışıma isə “indi vaxtı deyil” deyərək cavab verdi. Bu gün anlayıram ki, Gülən “indi vaxtı deyil” deməklə dekabr ayında həyata keçiriləcək dövlət çevrilişini gözləyirdi. Amma hökumətə, dövlətə və AKP-yə qarşı olmayacağını söylədi”.
Xatırladaq ki, 2013-cü ilin 17-25 dekabr tarixlərində Türkiyə tarixinin ən böyük “rüşvət və sui-istifadə” əməliyyatı keçirilib. AKP hökumətinin iddiasına görə, Gəzi Parkı hadisələrində məqsədlərinə çata bilməyənlər iş başında idi. Məqsədin isə hakimiyyətin devrilməsi olduğu iddia olunur. Əsas ittihamlar ABŞ-a sığınan dini lider Fəthullah Gülən və onun rəhbəri olduğu camaata yönəlib.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ