Ukraynanın işğalı üçün ildırımsürətli - Plan
Bizi izləyin

Dünya

Ukraynanın işğalı üçün ildırımsürətli - Plan

“Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğalı ilə bağlı ildırım sürətli planı iflasa uğradı”.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy Ali Radada jurnalistlərə açıqlamasında deyib.

“Münaqişə Şərqi Ukraynanın bütün regionlarına keçmədi. Bu Rusiyanın planında yer almışdı, bu Rusiyanın hazırladığı planın ən böyük müvəffəqiyyətsizliyidir”, - Parubiy bildirib.

A.Parubiy hesab edir ki, Rusiya Gürcüstanda həyata keçirdiyi ssenarini eyni şəkildə Ukraynada tətbiq etmək istəyir:“Amma Ukrayna hərbçiləri bu təxribatlara təslim olmurlar. Buna görə də Ukraynanın ildırım sürətli tutulması ilə bağlı Putinin planı iflasa uğradı. Əminəm ki, Ukrayna ərazi bütövlüyünü qoruya biləcək. Bütün dünya bizi dəstəkləyir. Putinin dünyadan təcrid olunması prosesi başlayıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm