Dünya
Rusiyanın Qərb və Kiyevdən iki tələbi var
Rusiya Ukrayna böhranının həll edilməsi üçün Qərblə aparacağı danışıqlarda 21 Fevral razılaşmasının icrasını təkid edəcək.
Publika.Az –ın Ukraynanın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Rusiya yaxın günlərdə beynəlxalq partnyorlarla Ukrayna böhranının həlli üçün müzakirələr aparacaq. İki məsələ Rusiya tərəfi üçün prinsipialdır: Konstitusiya islahatlarını nəzərdə tutan 21 Fevral razılaşmasının icrası və koalisiya hökumətinin yaradılması. Danışıqlar prosesində Ukraynanın bütün siyasi gücləri təmsil olunmalıdır”, - Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib deyib.
Xatırladaq ki, 21 Fevral tarixində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok ölkədə yaranmış böhrana son qoyulmasını nəzərdə tutan saziş imzalayıblar. Sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Vladimir Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.
V. Yanukoviç və müxalifət liderləri 2014-cü ilin dekabrından gec olmayaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi, seçkilərə kimi yeni seçki qanunvericiliyi qəbul edilməsi, ATƏT və Venesiya Komissiyasının standartlarına uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılması mövzusunda razılaşmışdılar.
Razılaşma görə, prezident, parlament və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanılmalı və bu proses 2014-cü ilin sentyabrında başa çatmalı idi. Lakin 22 Fevral tarixində Ali Radanın Viktor Yanukoviçi postundan kənarlaşdırması ilə 21 Fevral razılaşması arxa plana keçdi.
Ömər Dağlı
-
Magazin123:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region22:00
Türkiyədə matəm elan edildi
-
Region21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT