Dünya
Qızıl Meydanda möhtəşəm parad başladı - VİDEO
Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində
qələbənin 70 illiyinə həsr olunmuş parad başlanıb.
RİA xəbər verir ki, Rusiyada Qələbə Günü münasibətilə təntənəli
tədbirlərin keçirildiyi ilk şəhər bu gün Petropavlovsk-Kamçatka
olub.
Daha sonra Yujno-Saxalinsk şəhərində parad olub.
Rusiyanın əksər şəhərlərində təntənəli tədbirlər başlanıb və bu
zamanlar eksseslər də istisna olmayıb. Belə ki, Çita şəhərində
mərkəzi meydandan keçid olarkən "Buk" zenit-raket kompleksi
alışıb.
Moskvadakı Qızıl Meydanda paraddan sonra, yerli vaxtla saat 13:00-da bayram gəzintiləri başlayacaq.
Qızıl Meydandakı parada Rusiyanın müxtəlif şəhərlərindən 85
veteran qatılıb.
Paradda 16500 hərbçi iştirak ediblər. Onların arasında
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Türkmənistan, Hindistan, Serbiya, Çindən olan
hərbçilər də var.
Qızıl Meydandan 200 hərbi texnika keçəcək, parad əsnasında Moskva səmasında 143 təyyarə və helikopter olacaq.
Parad 4 hissədən (tarixi-rekonstruksiya qruplarının keçidi,
piyada hərbçilərin keçidi, mexanikləşdirilmiş qrupların keçidi və
Qızıl Meydanın səmasından aviasiyanın keçidi) ibarətdir.
Paradın fəxri qonaqları arasında 27 ölkənin liderləri, dövlət və
hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri,
nazirlər, parlamentarlar, diplomatlar və s. var.
Dövlət başçıları arasında Azərbayan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ermənistan prezidentləri də yer alıblar.
Yubiley paradı bayramın tarixində ən genişmiqyaslı tədbirlərdən
biri olacaq.
Paradın "müasir" hissəsində Rusiyanın ən son hərbi texnika və
silahları nümayiş olunacaq.
Onların arasında BMD-4M, "Rakuşka" zirehli transportyoru, "YARS" qrunt ballistik raket kompeksi, "Armata" tankı, "Kurqanes" və "Bumeraq" zirheli texnikası da var. (milli.az)
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?