Əsəd qardaşları arasında taxt-tac davası başladı
Bizi izləyin

Dünya

Əsəd qardaşları arasında taxt-tac davası başladı

Suriya prezidenti Bəşər Əsəd ilə onun qardaşı Mahir Əsəd arasında İran və Livanın da yaxından iştirak etdiyi bir qarşıdurma yaşanır.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Liberation” qəzetində dərc olunan bir analitik yazıda deyilir.

Yazıda qeyd olunur ki, Bəşər Əsədin ən yaxın dairəsindəki mövqelərə qədər nüfuz edə bilən İran və Livan bu qarşıdurmada Mahir Əsədin tərəfində çıxış edir. Rejimin getdikcə İran və Livan “Hizbullah”ının nəzarətinə keçdiyini yazan müəllif Dəməşqdə prezident sarayında qardaşlar arasındakı qarşıdurmanın gücləndiyini qeyd edib.

Konkret mənbələrə istinad etdiyini yazan müəllif belə nəticəyə gəlir ki, İran Suriyanın sahil bölgəsində qurulacaq bir Nüseyri dövləti üçün Mahiri seçir. İranın Mahirə dəstək verməsi “Hizbullah”ın mövqeyinin də Mahirin xeyrinə dəyişməsinə səbəb olub.

Qurulacağı barədə söz-söhbətlər gəzən Nüseyri dövlətinin əsas mərkəzi sayılan Lazikiyedəki hərbi məktəbə və “Hizbullah” döyüşçülərinə Mahir Əsədin rəhbərlik etdiyi deyilir. Hesab edilir ki, Mahirin bu üstünlüyü İranın Aralıq dənizinin sahilində qurmağı planlaşdırdığı dövlətdə əsas rolun olan verilməsini qaçılmaq edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm