Dünya
Ermənistan parlamenti ayağa qalxdı: SSRİ planı
Ermənistan parlamenti bu dəfə ölkəni çətin vəziyyətdən çıxarmaq üçün yeni "plan" hazırlayıb.
Axar.az “lratvakan.am” saytına istinadən xəbər verir ki, ermənilərin yeni planında ölkənin ayaqda qalmasının tək yolu kimi sovet idarə üsulunun yenidən təşkil olunması göstərilir. Məlumata görə, Rusiyada SSRİ-nin yenidən təşkili məsələsi öz həllini taparsa, ermənilər oraya daxil olmağa hazırdır. Ermənistan parlamenti yeni idarə üsuluna keçmək üçün referenduma getmək niyyətindədir. Bunun üçün Sovet dövründə olduğu kimi, 10-15 kəndin bir şəhər mərkəzində birləşdirməsi məsələsini irəli sürürlər. Yeni planda göstərilir ki, ölkənin siyasi xəritəsi Sovet Ermənistanının restavrasiyası, yəni yerli özünüidarə variantı şəklində olmalıdır.
Hazırda iqtidar partiyasından olan bir sıra erməni deputatlar bu çıxış yolunun Ermənistanı çətin vəziyyətdən xilas edəcəyinə ümid edirlər. Qeyd edək ki, işğal altında olan Dağlıq Qarabağın bəzi rayonlarında yaşayanlar millət vəkillərinin bu təklifinə etiraz ediblər.
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda