Dünya
Laden “Əl-Qaidə”nin rəhbərliyinə onu gətirməli idi
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin Pakistandakı evində ələ keçilrildiyi bildirilən bəzi sənədləri dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ladenin öldürülməsi ilə bağlı rəsmi şərhlərin doğru olmadığı barədə xəbərlərdən sonra dərc olunan sənədlər onun yazışmaları və bəzi ailəvi məktublarından ibarətdir.
Üzərindəki gizlilik qeydi qaldırılaraq ictimaiyyətə təqdim edilən 103 sənəddə Ladenin ailəsini çox sevdiyi və son ana qədər ABŞ-a qarşı hücumları planlaşdırdığı əksini tapıb. Yazışmalara görə, “Əl-Qaidə” lideri son ana qədər Şimali Afrika və Yəməndəki silahdaşlarına dövlət qurmağa çalışmaq əvəzinə ABŞ-a qarşı hücumlar təşkil etməyi təklif edib.
“Əl-Qaidə” lideri 266 kitab, hesabat və ABŞ-ın müxtəlif qurumları ilə bağlı məlumatları toplayıb. O, təşkilat üzvlərindən qlobal istiləşmə problemi ilə əlaqədar yeraltı sulardan diqqətli istifadə edilməsini və qida təhlükəsizliyinə əhəmiyyət verilməsini istəyib.
Dörd həyat yoldaşı və 20 uşağı olan Ladenin ailəsi ilə yazışmalarından aydın olur ki, o, oğlu Hamzanı “Əl-Qaidə”nin rəhbərliyinə gətirməyi planlaşdırırdı.
Sənədlər arasında “Əl-Qaidə”yə qoşulmaq istəyənlərin doldurduğu formalar da var. İş üçün müraciət formasında olan sənədlərdə insanlardan ətraflı məlumat istənilir, onlara “intihar hücumu etmək istərdinizmi?” və “şəhid olacağınız halda xəbər verilməsini istəyirsinizmi?” kimi suallar ünvanlanır.
Xatırladaq ki, bir neçə gün əvvəl amerikalı jurnalist Seymour Herş İngiltərədə nəşr olunan “London Review of Books” jurnalının son sayındakı yazısında ABŞ-ın “Əl-Qaidə” liderinin öldürülməsi mövzusunda ictimaiyyətə səhv məlumat verdiyini yazıb.
O, “Əl-Qaidə” liderinin öldürüldüyü 2011-ci ildə deyildiyi kimi qaçıb gizlənmədiyini, 2006-ci ildən bəri Pakistan kəşfiyyat xidmətinin əsiri olaraq bu ölkədə olduğunu yazıb. Amerikalı jurnalist adını açıqlamadığı yüksək səviyyəli ABŞ kəşfiyyat səlahiyyətlisinə istinadən yazıb ki, Pakistan kəşfiyyatının səlahiyyətlilərindən biri 25 milyon dollar qarşılığında “Əl-Qaidə” liderinin yerini ABŞ-a bildirib. Seymour Herş “Əl-Qaidə” liderinin cənazəsinin dənizə atıldığı barədə iddiasının da doğru olmadığını bildirib. Onun sözlərinə görə, başından vurulan Ladenin bədənindən bəzi parçalar bir cəsəd torbasına qoyularaq Əfqanıstanın Cəlilabad şəhərinə uçan vertolyotdan Hindukuş dağlarına atılıb.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq