Dünya
Britaniyalı cihadçı İŞİD-in planlarını açdı
“İslam dövləti” (İŞİD) terror təşkilatının britaniyalı döyüşçüsü Əbu Rumaysah Əl-Britani İŞİD-lə bağlı bələdçi xarakterli kitab yazıb.
Publika.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, kitab ingilis dilində elektron dərc edilib.
Əl-Britani kitabında xüsusi olaraq yerli mətbəxdən danışır. Bundan başqa, İŞİD döyüşçüsü terror təşkilatının gəmiçilik, dəmir yolu və aviasiyanın inkişafı üzrə planlarından bəhs edir. Müəllif istisna etmir ki, İŞİD həmçinin dirijabllardan istifadə etməyə başlayacaq.
İŞİD-in ideologiyası haqqında danışan britaniyalı qeyd edir ki, multikulturalizm cəmiyyət üçün təhlükəlidir. Əl-Britani hesab edir ki, “xilafət” uşaqlar üçün daha münasibdir. “Çünki “İslam dövləti” onlar homoseksuallığa, təkümül və musiqi nəzəriyyələrinə meyllənməyə qoymur”, - o, yazıb.
Britaniyalı söz verib ki, Dəməşq və Bağdadın tutmasından sonra İŞİD London, Paris və Vaşinqtona qədər çatacaq. “Biz yalnız qanınızı tökməyəcəyik, biz həmçinin sizin heykəllərinizi dağıdacağıq, sizin tarixinizi siləcəyik. Ən əsası sizin uşaqlarınızı elə dəyişəcəyik ki, bizi tərifləyəcək və öz əcdadlarını lənətləməyə başlayacaq”, - Əl-Britani qeyd edib.
Əl-Britani 2014-cü ilin sentyabrında Böyük Britaniyada terrorçuluqda ittiham olunaraq həbs edilib. Girov qarşılığında azadlığa çıxan Əl-Britani Suriyaya qaçıb və Britaniya xüsusi xidmət orqanlarını ələ salmağa başlayıb. O, ümidvar olduğunu bildirib ki, Britaniya nə vaxtsa şəriət qanunları ilə yaşamağa başlayacaq.
Ömər Dağlı
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO