Dünya
Qərb ölkələri Rusiya ilə hərbi əməkdaşlığı dayandırır
Kanadanın baş naziri Stefen Harper Rusiya silahlı qüvvələri ilə planlaşdırılan ikitərəfli təmasların dayandırılmasına əmr verdiyini bildirib.“Biz Ukraynadakı vəziyyəti dərin təşvişlə izləyirik və müvafiq olaraq prezident Putinin hökuməti ilə münasibətlərimizin yenidən nəzərdən keçirilməsinə davam edəcəyik”, - Harper bəyan edib.
İcmalar Palatasında çıxış edərək Harper Rusiya ilə nasist Almaniyasını müqayisə edib, Agence France-Presse xəbər verir. Baş nazirin sözlərinə görə, Rusiya etnik azlıqları öz tabeliyi altına almaq arzusuyla qonşu ölkəyə soxulmaq və onu işğal etmək qərarı qəbul edib.
Bundan qabaq Moskva ilə ticarət və hərbi əməkdaşlığını ABŞ dayandırıb.Bazar ertəsi “Böyük Yeddilər” ölkələri birgə bəyanatla Rusiyanın Ukrayna ərazisinə daxil olmasını pisləyib, iyun ayında Soçidə nəzərdə tutulan “Böyük Səkkizlərin” sammitinə hazırlıq tədbirlərini dayandırıblar.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, Britaniya hökuməti də Rusiyaya silah ixracı lisenziyalarına yenidən baxacaq. Britaniya Rusiyanı silahla təchiz etməsə də, hərbi maşın və dəzgahlar üçün hissələr ixrac edir.
İsmayıl
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər