Dünya
Nemtsovun qətli və Türkiyədə səs gətirəcək sui-qəsd planı – Sorosla bağlı şok iddia
“Türkiyədə böyük səs-küyə səbəb olacaq sui-qəsd planlaşdırılır. Sui-qəsdin arxasında isə Rusiyanı qarışdırmaq üçün müxalifət lideri Boris Nemtsovun Moskvada öldürülməsini sifariş edən Corc Soros dayanır”.
Publika.az xəbər verir ki, belə bir iddia Türkiyənin “Takvim” qəzetində köşə yazarı Ergün Dilerin yazısında yer alıb.
Yazıda adı çəkilməyən bir “sirli adam”ın iddiaları yer alıb. Onun sözlərinə görə, əsas məqsəd sui-qəsddən sonra media vasitəsilə küçələri qarışdırmaqdır. “Sirli adam”ın söylədiklərinə görə, Braziliya, Almaniya, Türkiyə və Bosniya-Hersoqovinada baş qaldıran küçə iğtişaşlarının arxasında maliyyə məhz Sorosa məxsusdur.
Yazıda qeyd edilir ki, Rusiyada fevral ayında öldürülən Boris Nemtsovun qətlinin arxasında Soros dayanır: “Nemtsov Sorosa yaxın iş adamlarından idi. Türkiyədə də bənzər adlar var. Soros dostu Boris Nemtsovun ölümü ilə xalq qiyamı gözləyirdi, amma planı baş tutmadı”.
İddialara görə, Türkiyədə əhəmiyyətli postları tutan bir sıra insanlar və onların yanında çalışanlar Sorosa birbaşa bağlıdır. “Türkiyədə də Nemtsov bənzəri bir sui-qəsd planlaşdırılır. Amma Rusiyada yol verdiyi səhvi Türkiyədə təkrarlamaq istəmirlər. Sui-qəsdin seçkilərdən əvvəl tanınmış bir şəxsə qarşı təşkil ediləcəyi ehtimalı böyükdür”, - “sirli adam” iddia edir.
“Sirli adam”ın söylədiyinə görə, Soros iki rəhbər şəxsin sürücüləri ilə də yaxın təmas qurub.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi