Dünya
Amerikalı ermənilər Suriyada kimə qarşı döyüşür - Fotofakt
Suriyada dünyanın bir çox yerindən gələn döyüşçülərin içində
amerikalılar da var imiş.
Publika.Az xarici mediaya istinadən xəbər verir
ki, Suriyada savaşdıqları iddia edilən iki amerikalı şəxsə aid
görüntülər yayılıb. Vaşinqtonda fəaliyyət göstərən Orta Şərq Media
Araşdırmaları Mərkəzinin (MEMRİ) ortaya çıxartdığı görüntülərdə
Amerikanın kənar məhəllələrində doğulub böyüdüyü deyilən iki
amerikalı Los-Ancelsdən gəldiklərini və müxaliflərə qarşı Əsəd
cəbhəsində vuruşduqlarını deyirlər. Lakin adlarını açıqlamırlar,
bir-birilərinə də “Vino” və “Creeper” ləqəbi ilə müraciət edirlər.
Onlar bir divarın arxasında gizlənib əllərindəki AK-47 Kalaşnikov
avtomatı ilə atəş açarkən çəkdikləri videonu sosial şəbəkələrdə
paylaşıblar. Həmçinin müxalifləri də təhdid ediblər.
Videoda “Vino” əlində avtomatı ilə kameraya tərəf dönür və
“Suriyadayıq, bura Suriyadır dostum. Ən ön cəbhədəyik və savaşırıq”
deyir. “Creeper” sosial şəbəkədə özünü Los-Anceles küçələrində
fəaliyyət göstərən Meksika mafiyasının üzvü, “Vino” isə erməni küçə
mafiyaları ilə bağlantısı olan şəxs kimi təqdim ediblər.
MEMRİ-nin eksperti Rafel Green bildirib ki, Əsəd tərəfindən
döyüşən bu şəxslər Obamanı düşmən gözündə görürlər. O, istisna
etmir ki, görüntülər pul qarşılığında çəkilərək
yayılıb.“Görüntülərin kim tərəfindən və həqiqətən də Suriyada
çəkildiyini müəyyən etmək mümkün deyil. Amma həmin şəxslərin
“Feysbuk” hesablarına diqqət yetirdikdə onların bir ildən artıqdır
ki, Suriyada olduğu görünür”-deyə MEMRİ ekspert qeyd edib.
Asif
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO