Dünya
Dövlət Baxçalı istefaya çağırıldı: MHP ən kritik dönəmini yaşayır
“MHP rəhbərliyin istefa verməsinin vaxtı
yetişib”.
Bunu Publika.az-a açıqlamasında türkiyəli
ekspert Şenol Kantarcı deyib.
Onun sözlərinə görə, partiyanın hazırkı rəhbərliyi 7 iyun
seçkilərində uğursuz siyasətini ortaya qoydu: “Həmin seçkilər MHP
üçün dəyişiklik vaxtının çatdığını sübut etdi. Dövlət Baxçalının
xidmətlərini heç kim dana bilməz. Amma o da həqiqətdir ki, MHP hər
keçən gün geriyə doğru gedir, bir növ qan itirir. Məsum və idealist
kütlə illərdir MHP üçün var gücü ilə çalışır, lakin rəhbərlik buna
adekvat hərəkət etmir. Partiyanı HDP səviyyəsinə düşürən, Ərzurumda
millətçi hərəkatı yox edən, İğdırı HDP-yə təslim edən, İstanbulda
uduzan bu rəhbərlik getməlidir. Dövlət Baxçalı erkən seçki çağırışı
edir. Halbuki 2002-ci ildə MHP baryeri keçməyəndə özü partiya
sədrliyinə qalmışdı. Rəhbərlik artıq getməlidir”.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq