Dünya
Ən güclü mühafizəsi olan türmədən film kimi qaçış - FOTO/VİDEO
ABŞ-da Nyu-York ştatındakı ciddi rejimli türmədən
qaçmağa nail olan 2 məhbusun aktiv axtarışları davam
edir.
ANS PRESS-in məlumatına görə, məhbuslar qaldıqları kameradan
mexaniki cihazlarla yeraltı keçid qazaraq tunellər vasitəsilə
qaçmağa nail olublar.
Devid Svet və Riçard Met qətl törətdiklərinə görə ömürlük cəzaya məhkum olmuşdu. Onların yaxalanması üçün aktiv axtarışlar gedən zaman yerli hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin edib.
Hazırda qatillərin axtarışına iki yüzə yaxın polis və
vertolyotlar cəlb edilib.
Qeyd edək ki, bu günə kimi super qorunan Klinton türməsi XIX
əsrdən bu yana 150 ildir ki fəaliyyətdədir və Kanada ilə sərhəddə
yerləşir. Buna görə qaçanların sərhədi aşaraq Kanadaya keçməsi də
ehtimal edilir.
Türmədən eyni üsulla qaçış növü Stiven Kingin “Rita Xeyuort və
Şouşenkdən xilas” povesti əsasında 1994-cü ildə çəkilmiş
“Şouşenkdən qaçış” filmində tətbiq olunur.
Cinayətkar Devid və Riçardın bu filmdən nə dərəcədə ilhamlandıqları məlum olmasa da, tuneldə onları axtaranlar üçün qoyduqları “smayl” yaradıcı olmalarından xəbər verir.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?