Dünya
Üç “qırmızı xət”li koalisiya danışıqları: AKP-nin “Yol xəritəsi” məlum oldu
Parlament seçkilərində qələbə qazanan, amma təkbaşına iqtidar üçün kifayət edəcək qədər səs toplaya bilməyən Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətin qurulması üçün işə başlayıb. Hökümətin qurulması üçün prezident Rəcəb Tayyib Ərdoğandan tapşırıq alan baş nazir, AKP-nin sədri Əhməd Davudoğlunun isə 45 gün vaxtı var.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, AKP yeni hökumət üçün artıq “Yol xəritəsi”ni müəyyənləşdirib.
AKP koalisiya hökumətinin qurulması üçün bütün partiyaların qapısına gedəcək. Ancaq danışıqlarda 3 “qırmızı xət”də güzəşt edilməyəcəyi bildirilir. Bunlar “Paralel dövlət”lə mübarizə, kürd məsələsinin həlli prosesi və prezident Ərdoğanın legitimliyidir.
“Əldə edilən məlumatlara görə, AKP radikal bir görüntü verməyəcək və koalisiya üçün bütün partiyalarla görüşəcək. Ancaq bu görüşlərdə 3 təməl “qırmızı xət”dən əsla geri addım atılmayacaq: “Paralel dövlət”lə mübarizə davam edəcək, kürd məsələsinin həlli prosesi davam etdiriləcək və ümumxalq səsverməsində 52 faiz səs alaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğanın mövqeyi və legitimliyi əsla mübahisə mövzusu olmayacaq. Müzakirələrin sonunda koalisiya qurulmasa, növbədənkənar seçkilərə çağırış ediləcək”, - “Sabah" qeyd edib.
AKP-nin müxalifət partiyaları ilə görüşmə ardıcıllığı da müəyyənləşdirilib. Qazandığı səslərə görə əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP), daha sonra isə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) ilə danışıqlar aparılacaq.
Ömər Dağlı
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO