Dünya
SOS: İŞİD-i kimyəvi silaha doğru aparan ÜÇ YOL
İŞİD terror təşkilatı kimyəvi silahlar ələ keçirmək üçün ciddi hərəkətə keçib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ətraf Mühit Təhlükəsizliyi Təşkilatının (Green Cross) başçısı Paul Valker bildirib.
O, İŞİD-in kimyəvi silahları ələ keçirəcəyi halda bundan dəfələrlə təhlükəli ola biləcəyini deyib. Bundan əvvəl isə Avstraliyanın xarici işlər naziri Julie Bishop İŞİD-in zəhərli xlorin qazından istifadə etdiyini təsdiqləyib. Təşkilatın yüksək səviyyəli kimyəvi silah mütəxəssislərini sıralarına qatdığını deyən Bishop İŞİD-in nüvə, kimyəvi və bioloji silahlar əldə etmə ehtimalının narahatlıq yaratdığını söyləyib.
Kimyəvi Silahlar Konvensiyasına imza atan 190 ölkədə kimyəvi silahların istifadəsi, istehsalı və toplanması qadağan edilib. Ancaq kimyəvi silahlar terror silahı kimi terror təşkilatları üçün böyük əhəmiyyət daşıyır.
Raul Valkerə görə, İŞİD kimyəvi silahları 3 yolla əldə edə bilər.
1.İlk ehtimal Suriyanın kimyəvi silah anbarlarıdır. Suriya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına 1,3 min ton kimyəvi silaha sahib olduğunu bildirmişdi. Bu silahların hamısı ötən il ölkədən çıxarılaraq məhv edilib. Ancaq bəzi ehtimallara görə, İŞİD kimyəvi silahları onların Suriyadan çıxarılmasından əvvəl ələ keçirə bilər. Suriyanın rəsmiləşdirmədiyi kimyəvi silahlardan bəzilərinin İŞİD-in əlinə keçməsi ehtimallar arasındadır.
2.İŞİD Səddam Hüseynin kimyəvi silah istehsalı obyektlərinin olduğu Fellucəni ötən il ələ keçirib. Fellucədə iki böyük gizli sığınacaqda köhnə kimyəvi silah parçaları var idi. Bu sığınacaqlar BMT müfəttişləri tərəfindən bağlanılıb. Valker sığınacaqların İŞİD-in əlinə keçib-keçmədiyindən tam əmin olmasa da, İŞİD-in sığınacaqları aşkarlaması və kimyəvi maddələri ələ keçirməsi istisna edilmir.
3.Xlorin geniş yayılmış və çoxməqsədli kimyəvi maddədir. İŞİD İraq və Suriyada sənaye anbarlarına yaxın bir çox əraziləri ələ keçirib. Terror təşkilatı xlorin qazından Suriyada olduğu kimi varil bombası şəklində istifadə edə bilər.
Ömər Dağlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri