Dünya
Səddamın keçmiş silahdaşının cəsədi tapıldı
İraqın keçmiş prezidenti Səddam Hüseynin silahdaşı, keçmiş vitse-prezident və xarici işlər naziri Tarik Əzizin dünən naməlum şəxslər tərəfindən qaçırılan cəsədi tapılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalına açıqlamasında vəkil Bədi Aref Ezzat bildirib.
Amma o, cəsədin hazırda harada olduğunu və nə vaxt dəfn ediləcəyini bilmədiyini vurğulayıb.
Xatırladaq ki, cəsəd Bağdad hava limanında qaçırılmışdı. Cəsədin dəfn üçün İordaniyanın paytaxtı Ammana aparılması planlaşdırılırdı.
Tarik Əziz 1974-1977-ci illərdə informasiya naziri, 1983-1991-ci
illərdə xarici işlər naziri, 1979-2003-cü illərdə baş nazirin
müavini postlarını tutub. O, Səddam Hüseyn hökumətində yeganə
xristian idi. 2010-cu ildə Tarik Əziz şiə müsəlmanlara divan
tutulmasında iştirakına görə edam cəzasına məhkum olunub. Amma o
vaxt prezident olan Cəlal Tələbani həmin hökmü imzalamayıb və
faktiki olaraq onu əfv edib.
Bir il sonra İraq Ali Məhkəməsi şiələrə qarşı digər cinayətlərlə bağlı Tarik Əzizi ömürlük həbs cəzasına məhkum edib. O, həbsxanada bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. 2010-cu ildə insult keçirən Əzizin dili tutulub. 2013-cü ildə Roma Papasına müraciət edərək, barəsində çıxarılmış edam cəzasının icrasını tezləşdirməyə yardım göstərməsini xahiş edib.
O, bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından dünyasını dəyişib.
Ömər Dağlı
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?