Dünya
Saakaşvilinin bahalı saat kolleksiyası: Markalar və qiymətlər
Ötən ay Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bahalı saatları və peşəkar masajı sevir.Sabiq prezident Ukraynada olduğu müddətdə dəfələrlə müxtəlif bahalı saatlarla görünüb.
Publika.az Ukraynanın “Obozrevatel.com” saytına istinadən xəbər verir ki, ukraynalı jurnalistlər Saakaşvilinin bu ölkədə olduğu müddətdə “Omeqa” və “Vesti” markalı saatlarını, həmçinin “Roleks” markasının iki müxtəlif bahalı modelini görməyə vaxt tapıblar.
Qızıl üzlüklü “Omeqa” saatının dəyəri 170 min qrivna (təxminən 8,5 min AZN), “Roleks” saatlarının hər biri isə 330 min qrivnadır (təxminən 16,5 AZN). “Vesti” saatı isə bunlardan daha ucuzdur. Maraqlıdır ki, “Roleks” saatlarından biri Gürcüstanın bayrağı şəklində eksklüziv naxışla bəzədilib. Saytın məlumatına görə, bu işiistehsalçı zavod və yaxud da peşəkar saatsaz şəxsi sifariş əsasında görə bilər.
Xatırladaq ki, Saakaşvili Gürcüstanda 4 milyon dollar bədxərclikdə ittiham edilir. Keçmiş prezidentin dövlət büdcəsindən bahalı geyimlər və saatlara, o cümlədənmasajçılara pul xərclədiyi bildirilir. Öz növbəsində, Saakaşvilinin özü “Rustavi-2” telekanalına bildirib ki, bütün bunların hamısını dövlətin vəsaitləri hesabına etməyib. Amma o, etiraf edib ki, bahalı paltarlar alıb və ispan aşpazı işə götürüb.
Yeri gəlmişkən, jurnalistlər prezident olduğu dövrdə Saakaşvilinin masajçısı olan məşhur masajçı Doktor Dotla əlaqə saxlayaraq, Odessaya yeni qubernator üçün gəlib-gəlməyəcəyini soruşublar. “Mişa mənə onun haqqında mətbuata daha heç vaxt danışmamağı xahiş edib”, - masajçı cavab verib.
“Əvvəlcə o, yalnız 30 dəqiqəlik seans istəyirdi, ancaq 90 dəqiqədən sonra etiraf etdi ki, bu onun həyatında ən yaxşı masaj idi”, - Doktor Dot xatirələrində yazırdı. Masajın bir saatı gündüz 350 dollar, gecə isə 700 dollar ətrafında idi.
Ömər Dağlı
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ