Dünya
Qaçqınların sayı açıqlandı
2014-cü ildə dünya üzrə azı 59,5 milyon nəfər ya qaçqın, ya da məcburi köçkün vəziyyətinə düşüb. Onların 19,5 milyon nəfəri qaçqınlar, 38,2 milyon nəfəri məcburi köçkünlər, 1,8 milyon nəfəri isə sığınacaq istəyənlərdir. Qaçqın və məcburi köçkün ordusunun yarıdan çoxunu yetkinlik yaşına çatmayanlar təşkil edir.
Publika.az xəbər verir ki, bu faktlar BMT-nin qaçqınların işi üzrə baş komissarının idarəsinin iyunun 18-də yayılan illik məruzəsində yer alıb. Sənəddə göstərilən rəqəmlər indiyə qədər qeydə alınan göstəricilər arasında ən yüksək nəticə olub. Məsələn, 2013-cü ildə bütün dünyada silahlı münaqışələr səbəbindən qaçqın və məcburi köçkün vəziyyətinə düşənlərin sayı bundan 8,3 milyon nəfər az – 51,2 milyon nəfər təşkil edib.
BMT-nin məlumatına görə, məcburi köçkünlərin sayının kəskin artması 2011-ci ildə Suriyada silahlı münaqişənin başlaması ilə əlaqədardır. Məhz bu ölkədə ən çox sayda insan evini tərk etməyə məcbur olub (3,8 milyon nəfər qaçqın və 7,6 milyon nəfər məcburi köçkün).
Suriyanın ardınca ən çox qaçqın sayı Əfqanıstanda (2,59 milyon nəfər) və Somalidə (1,1 milyon nəfər) qeydə alınıb. Sonrakı yerləri Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Myanma, Mərkəzi Afrika Respublikası, İraq və Eritreya tutur.
Qaçqınların təxminən 86 faizi inkişaf etmiş ölkələrdə sığınacaq tapıb. BMT-nin qaçqınların işi üzrə baş komissarının idarəsi 2014-cü ildə yalnız 126,8 min nəfəri vətəninə qaytara bilib. Bu rəqəm son 31 ilin ən aşağı göstəricisidir.
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF