Dünya
Almaniya Yunanıstanı Avrozonadan qovmaqla hədələdi
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Beynəlxalq Valyuta Fondunun rəhbərliyinin ardınca Almaniya da avrozona ölkələri rəhbərlərini Brüsseldə keçiriləcək görüşü ərəfəsində Yunanıstana ultimatum ünvanlayıb.
Publika.az xəbər verir ki, Almaniya rəhbərliyi Yunanıstanı sərt şəkildə xəbərdar edib: əgər Afina yaxın həftə ərzində kreditorlarla razılığa gələ bilməsə, avrozonanı tərk etməli olacaq.
Bir qədər əvvəl AFR hökumətinin Yunanıstanın müflis olacağı təqdirdə fəaliyyət planı işləyib hazırladığı barədə məlumat verilmişdi. Bu ərəfədə Donald Tusk da Afinanı seçim qarşısında qoyub: hökumət ya qeyri-ənənəvi iqtisadi islahatların keçirilməsi ilə razılaşacaq və Avropa İttifaqından növbəti 7,2 milyard avro həcmində maliyyə yardımını alacaq, ya da Yunanıstan müflis olduğunu elan edəcək.
Yunanıstanın müflis olması və danışıqlarda irəliləyiş əldə edilməməsi ilə bağlı Donald Tusk iyunun 22-də avrozona ölkələri dövlət və hökumət başçılarının növbədənkənar sammitini çağırıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq