Obamanı qəhvəyə bənzədən nazir arvadı üzr istədi
Bizi izləyin

Dünya

Obamanı qəhvəyə bənzədən nazir arvadı üzr istədi

İsrailin daxili işlər nazirinin jurnalist həyat yoldaşı Cudi Mozes Obamanı qəhvəyə bənzətdiyinə görə üzr istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə xanım jurnalist öz “twitter” hesabında məlumat verib.

Qeyd edək ki, o, daha əvvəl sosial şəbəkədəki rəsmi səhifəsində ABŞ prezidenti Barak Obamanı zəif qara qəhvə ilə müqayisə edib:

“Bilirsiniz, “Obama kofesi” nədir? O, qara və zəifdir”.

Jurnalistin məlum tviti kəskin ictimai reaksiya yaradıb. Bəziləri bunu rasizmin əlaməti kimi tənqid ediblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm