Dünya
İŞİD-dən qaçan qadın: “Yalnız cinsi istəklərini təmin edirlər"
İŞİD terror təşkilatından qaçmağı bacaran fransız qadın yaşadığı dəhşətli anlardan bəhs edib.
Publika.az xəbər verir ki, Qaziantepdə saxlanılan 21 yaşındakı Nadya (təhlükəsizlik məqsədilə adı gizli saxlanılır) AFP agentliyinin əməkdaşı Fulya Özerkanla söhbətində dünyanın müxtəlif yerlərindən İŞİD-ə qatılmaq üçün gələn qadınların yalnız İŞİD üzvlərinin cinsi istəklərini yerinə yetirdiyini söyləyib.
İŞİD üzvləri ilə internet vasitəsilə tanış olan Nadya ötən ilin martında Rakkaya gedərək təşkilata qatılıb. Gənc qadın İŞİD üzvləri ilə internetdə etdiyi söhbətlərdən sonra Allah qanunları ilə idarə olunduğu deyilən torpaqlara getməyi arzuladığını, ancaq Suriyaya gələndə qadınlara bir əşya kimi baxıldığının şahidi olduğunu deyib.
Nadya İŞİD-in ona 1800 avro dəyərində saxta çek göndərdiyini söylədi. Bu çek sayəsində 4 mart 2015-ci ildə Fransadan İsveçrəyə, oradan Türkiyəyə gələn gənc qadını 2 nəfər qarşılayıb. Avtobusla Şanlıurfaya göndərilən fransız qadın burada da 2 nəfər tərəfindən qarşılanıb. Tikanlı məftilli sərhəddən Suriyaya keçən Nadya əvvəlcə Tel-Abyad, daha sonra Rakkaya gedib.
Bir neçə qadınla qapalı yerdə saxlanılan qadının evdən çıxması üçün tək yol fransız dilini bilən İŞİD üzvü ilə evlənməsi olub. Evləndikdən bir neçə gün sonra ayrılan Nadya iki fransız qadınla birlikdə yaşamağa başlayıb.
Daha sonra İŞİD tərəfindən həbsə atılan qadın 20 gün ərzində işgəncələrə məruz qalıb.
AFP-in xəbərinə görə, İŞİD-dən qaçan Nadya 1 iyun tarixində Türkiyədə saxlanılaraq səhərisi gün ölkəsinə göndərilib. O, ölkəsinə gedən kimi saxlanılıb.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri