Dünya
Kiyev Donbasdakı rus generallarının adını Obamaya verdi - SİYAHI
“Rusiyanın beş generalı Ukraynada separatçı güclərin təşkili və komandanlığında əsas rol oynayır”.
Publika.az “Bloomberg View” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin Barak Obama administrasiyasına təqdim etdiyi sənəddə deyilir.
Nəşrin jurnalistləri Eli Leyk və Coş Roqinin sözlərinə görə, iyunun sonunda Ukrayna kəşfiyyatının rəhbərliyi sənədi Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın kəşfiyyat xidmətlərinin əməkdaşlarına təqdim edib.
“ABŞ-ın rəsmi şəxsləri sənədi aldıqlarını təsdiq ediblər və bizə deyiblər ki, informasiya bütovlükdə Rusiyanın Ukraynadakı fəaliyyəti ilə bağlı ABŞ kəşfiyyatının informasiyalarına uyğun gəlir”, - jurnalistlər bildiriblər.
Ukraynanın Təhlükəsizlik Xidmətinin sənədində Rusiya generallarının ünvanına konkret ittihamlar səsləndirilib. General-mayor Oleq Sekov Luqansk xalq milisinin iki briqadasına, general-mayor Valeri Solodçuk Donetskdəki “Novorossiya” silahlı qüvvələrinin birinci ordu korpusuna, general-mayor Sergey Kuzovlev Luqanskda Rusiya hərbçilərinin əməliyyatlarına, general-mayor Aleksey Zavizion Donetsk vilayətində Rusiya hərbi əməliyyatlarına başçılıq edir. General-mayor Roman Şadrin “Luqansk Xalq Respublikası”nın (“LXR”) “dövlət təhlükəsizliyi naziri”dir. Eyni zaamanda bildirilir ki, polkovnik Anatoli Barankeviç (qondarma Cənubi Osetiya respublikasının keçmiş müdafiə naziri) “LXR”də döyüş hazırlığı üzrə məsləhətçi kimi xidmət edir.
Nyu-York Universitetinin əməkdaşı, ekspert Marka Qaleotti hesab edir ki, Donbasdakı Rusiya generallarının adlarının müəyyənləşdirilməsi əhəmiyyətli addımdır. “Biz indiyə kimi Ukraynada Rusiya leytenantları, kapitanları və mayorların adlarını eşitmişik. Amma indi generalların adları açıqlanıb”, - Ukraynanın Təhlükəsizlik Xidmətinin sənədində deyilir.
Sənəddə bildirilir ki, Ukrayna kəşfiyyat xidmətinin qiymətləndirməsinə görə, Ukraynada hazırda Rusiya nizami ordusunun 9 min hərbi qulluqçusu var.
Ömər Dağlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO