Dünya
Gürcüstan Rusiyadan 70,3 milyon avro konpensasiya tələb edir
Gürcüstan Rusiyadan 70,3 milyon avro kompensasiyanın ödənilməsini tələb edir.
Publika.az “Amerikanın səsi” radiosunun rus xidmətinə istinadən xəbər verir ki, söhbət Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ötən il qəbul etdiyi qərardan gedir.
Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan vətəndaşlarının 2006-cı ildə Rusiyadan kütləvi deportasiyası haqqında iş üzrə rəsmi Tiflisin iddiasını 3 iyul 2014-cü ildə təmin edib. Məhkəmə bununla da Avropa İnsan Haqları Konvensiyasının pozulmasında Rusiyanı günahkar hesab edib.
Gürcüstan AİHM-yə dövlətlərarası iddianı 26 mart 2007-ci ildə təqdim edib.
Xatırladaq ki, Rusiya dörd rusiyalı zabitin Gürcüstan tərəfindən 2006-cı ildə həbsindən sonra gürcülərin deportasiyasına başlayıb. AİHM 2014-cü ildə Rusiyanı Gürcüstana maddi kompensasiyanı ödəməyə məcbur edib. Ancaq konpensasiyanın məbləği 12 ay ərzində danışıqlar yolu ilə tərəflərin özləri uyğunlaşdırmalı idi. Tiflis iddia edir ki, Rusiyanın Ədliyyə Nazirliyi bu məsələ üzrə gürcü tərəfi ilə əməkdaşlıq etmir.
Əgər tərəflər razılığa gəlməsə, AİHM kompensasiyanın məbləğini müstəqil şəkildə müəyyən edəcək.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi