İran sanksiyaların qaytarılması mexanizmi ilə razılaşdı
Bizi izləyin

Dünya

İran sanksiyaların qaytarılması mexanizmi ilə razılaşdı

İranın nüvə probleminin nizama salınması üzrə çoxillik danışıqlar prosesinə beynəlxalq vasitəçilərin (BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü və Almaniya) yer aldığı “altılıq” və İran bu və sabah Vyanada aparacağı danışıqlarla nöqtə qoymalıdır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, imzalanacaq razılaşmaya Tehranın riayət etməyəcəyi halda beynəlxalq sanksiyaların qaytarılması mexanizmi haqqında ən mürəkkəb məsələ həllini tapıb.

Danışıqlara yaxın mənbənin məlumatlara görə, sazişin imzalandığı gün İranla bağlı sanksiyalar aradan qaldırılır, yəni BMT TŞ-nin Tehran barəsində beynəlxalq məhdudlaşdırıcı ölçülərin icrası dayandırlır. Amma əgər, TŞ-nin daimi üzvlərindən birində İranın razılıqlara tərəfdar olmadığına dair şübhələr olsa, veto hüququnu tətbiq edərək sanksiyaları qaytara biləcək.

“İnterfaks” bildirir ki, bu rejim on il ərzində qüvvədə olmalıdır.

Bundan başqa, qeyd edilir ki, İranın zənginləşdirilmiş uranın əlavə hissəsinin taleyi ilə bağlı məsələdə irəliləyiş var. Çinin “Sinxuan” agentliyi iyulun 5-də öz mənbələrinə istinadən bildirib ki, zənginləşdirilmiş uranın çox hissəsi – təxminən 7,5 ton Rusiyaya göndəriləcək. “Kommersant” nəşrinin Rusiyadakı diplomatik mənbəyi də bu məsələdə ilkin razılıqların mövcudluğunu təsdiq edib.

Lakin bildirilir ki, Vyanada müsbət nəticə əldə olunsa da, son sözü Amerika Konqresi deyəcək. Konqres ABŞ-ın İranla bağlı birtərəfli sanksiyaların ləğvini bəyənməlidir. Danışıqlarda iştirak edən diplomatik mənbə qeyd edib ki, beynəlxalq nüvə təhlükəsizliyi, faktiki olaraq, ABŞ-da daxili siyasi mübarizənin girovluğundadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm