Ekologiya
Sabahın HAVASI: Qar gəlir...
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!