• USD 1,7000 0,00% EUR 2,0018 +0,07%
    • GBP 2,2239 +0,82% RUB 0,0233 -0,43%

Çaylarda suyun səviyyəsi necədir?

Çaylarda suyun səviyyəsi necədir?

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 366 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Aprelin 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 16, Salyanda 21, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il aprelin 24-də 416 sm), Şirvanda 267 sm (2016-cı il aprelin 24-də 293 sm), Salyanda 190 sm (2016-cı il aprelin 24-də 227 sm), Bankədə 174 sm (2016-cı il aprelin 24-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il aprelin 24-də 115 sm) təşkil edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR