Ekologiya
Şamaxıda sel: bir kəndlə əlaqə kəsildi
Şamaxı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışı fəsadlar törədib.
Publika.az xəbər verir ki, nəticədə Pirsaat çayında suyun səviyyəsi qalxıb və rayonun Talışnuru dağ kəndi ilə gediş-gəliş kəsilib.
Bundan əlavə, dağlardan gələn sel suları kəndin daxilində olan 2 körpünü uçurub. Çayın sahilində yerləşən evləri su basıb. Uçulan körpüdən istifadə edərək çayın o tayındakı məktəbə gedən şagirdlərin işi çətinləşib. Sel torpaq axınını da aktivləşdirib. Dağdan axan torpaq bir evin üzərinə tökülüb.
Kənd sakinləri bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.
Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır. (Report)
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR