• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

Kürdə biogen maddələrin miqdarı artıb

Kürdə biogen maddələrin miqdarı artıb

Avqustun birinci ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının sonuncu ongünlüyünə nisbətən 20.6 m3/san azalaraq 49 m3/san təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Publika.az-a verdiyi məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq keçirilib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.6, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.3, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.19-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Könül

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>