Ekologiya
AMEA Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair AÇIQLAMA YAYDI - - FOTO
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.
Mərkəzdən Publika.az-a verilən məlumatda bildirilir ki, 15.11.2017-ci il tarixində, yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.
Tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss edilib (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).
Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.
Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.
Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatlar vermələrinə baxmayaraq, RSXM əməkdaşları tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə “Aprel döyüşləri” nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.
RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdamvə Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi