• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

  • Ekologiya
  • 22 Dekabr 2017 13:08
  • 1 349 Baxış
Yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Bölgələrdə də yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 24-ü axşamadək Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR