Zibillə görə 600 manat ziyana düşdü - Sumqayıtda
Bizi izləyin

Ekologiya

Zibillə görə 600 manat ziyana düşdü - Sumqayıtda

Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantıları qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilməyib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən növbəti reyd zamanı zibillərin yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəmam Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm