Ekologiya
İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-dahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu