• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı - FOTO

İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı - FOTO

İsmayıllıda qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR