Ekologiya
Məşhur zəlzələ öncəgörəni iki şəhərə xəbərdarlıq etdi: Qəti bir şərh gözləməyin
Prof.Dr. Naci Görür zəlzələ bölgəsində yaşayanlara xəbərdarlıq edib. 6 fevral zəlzələlərinin olduğu qonşu bölgələrdə bəzi qırılma xətlərinin də gərginlik yaratdığına diqqət çəkib.
Publika.az xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin təkanları davam edir.
Zəlzələ üzrə alim Prof.Dr. Naci Görür sosial media hesabında mühüm paylaşım edib:
“Əziz dostlar, hamınız çox ağrılısınız, sizi başa düşürəm. Narahatlıq və qorxu bəzi məsələlərdə sizə təsir edir. Zəlzələnin baş verdiyi ərazidə yenidən güclü zəlzələ olmayacaq və fəlakətə çevrilməyəcək. Ancaq qırılmamış hissələr var. Ona görə də zəlzələlər ola bilər, lakin bu zəlzələlər böyük fəlakətlə nəticənlənməyəcək. Fevralın 6-da baş verən zəlzələlər qonşu bölgələrdəki bəzi qırılmalarda gərginlik yarada bilər. Bunlar Malatya fayını və Adana hövzəsini aşan faylar ola bilər.

Dediklərim də bir ehtimaldır. Geoloqlardan qəti açıqlamalar və ya şərhlər gözləməyin. Zəlzələ məlum deyil. Xahiş edirəm, xalqımız üçün, övladlarımız üçün zəlzələyə davamlı yaşayış massivləri üçün birlikdə çalışaq və bunu idarəçilərimizdən tələb edək. Yalnız bu yolla biz yaralarımızı sağalda və gələcək nəsillərin qəlbini fəth edə bilərik”.
Aysel Şahmar
-
Dünya13:46Müharibədən bəri ilk - Dünyanın gözü bu iki gəmidədir
-
İdman13:39FİFA Elxan Məmmədovdan başqa hamının maaşını açıqladı: İnfantino nə qədər qazanır?
-
Dünya12:50Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında: Kiminlə görüşüb? - FOTO
-
Magazin212:30Məşhur supermodelin Epşteynlə münasibəti olub? - And-aman edir ki...
-
Dünya12:12Dollar və avro rubl qarşısında çökdü: Bazarda nə baş verir?
-
İdman11:36"Real"ın ulduzunun sevgilisi çimərlikdən elə fotolar paylaşdı ki...
-
Region11:06Türkiyə aeroportunda insident: Avtomobil Rusiya təyyarəsinə çırpıldı, sərnişinlər...
-
Sosial10:06Yağıntılar nə vaxtadək davam edəcək?







































