İdman
Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə çempionu olduğunu necə öyrəndiyi barədə ətraflı məlumat verib.
Premyer Liqanın 37-ci turunda “Mançester Siti” “Bornmut”u məğlub edə bilmədi (1:1) və qızıl medallar uğrunda mübarizədə “topçular”ı məğlub etmək şansını itirdi.
Publika.az xəbər verir ki, Arteta mətbuat konfransında deyib:
“Bu, indiyə qədər yaşadığım ən gözəl hisslərdən biridir.
Mən burada, Kolnidə (klubun bazasında) olmalı, uşaqlar və bəzi işçilərlə birlikdə matçı izləməli idim. Amma bacarmadım. Oyunun başlamasına təxminən 20 dəqiqə qalmış getməli oldum. İstədiyim enerjini gətirə bilmədim. Və düşünürəm ki, bu, həqiqətən də onların anı idi – matçı birlikdə izləmək, özləri olmaq.
Evə getdim, bağçaya çıxdım, manqal qalamağa və kabab bişirməyə başladım. Hətta matçı izləmədim də. Sadəcə qonaq otağından gələn bəzi səslər eşitdim.
Və sonra, birdən sehr baş verdi. Böyük oğlum bağçanın qapısını açdı, yanıma qaçdı, ağlamağa başladı, məni qucaqladı və dedi: “Biz çempionuq, ata”. Sonra digər iki oğlum və həyat yoldaşım yanıma gəldi. Bu, möhtəşəm idi”.
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq



































