Pul
Dollar payızda bu qiymətə satılacaq - Əhaliyə məsləhət verildi
Sentyabrda dolların məzənnəsi 80 rubl təşkil edəcək.
Publika.az xəbər verir ki, bu proqnozu "Gazeta.Ru"ya müsahibəsində "SberInvesticii" şirkətinin fond bazarı üzrə strateqi Dmitri Makarov verib.
Strateqin sözlərinə görə, aprel ayında əhalinin valyutaya olan marağında kəskin artım müşahidə olunub: fiziki şəxslərin xalis valyuta alışı mart ayındakı 65,2 milyard rubla qarşı 108 milyard rubla yüksəlib. Bu göstərici həm 2024 və 2025-ci illərin aprel ayı göstəricilərini (müvafiq olaraq 95,2 milyard və 68,5 milyard rubl), həm də 2025-ci ilin orta aylıq göstəricisini üstələyib.
"Bununla belə, əhalinin marağının artması valyuta bazarındakı qüvvələr nisbətini hələ ki dəyişmir. Burada əsas rolu yenə də büdcə qaydası və ixrac gəlirlərinin axını oynayır. May ayında Maliyyə Nazirliyi nisbətən az həcmdə valyuta alışı elan edib. Milli Rifah Fondunun xərclərinin kompensasiya edilməsini nəzərə alsaq, Mərkəzi Bankın bazardakı xalis əməliyyatları rəmzi xarakter daşıyır. Bu isə rublun nisbətən güclü qalmasını dəstəkləyir və qısamüddətli perspektivdə dollar üçün təxminən 75 rubl, yuan üçün isə 11 rubl səviyyəsində 'ədalətli' məzənnə formalaşdırır", – deyə Makarov qeyd edib.
Onun fikrincə, rublun hazırkı səviyyəsi valyuta mövqelərinin mərhələli şəkildə formalaşdırılması üçün cəlbedici görünür.
“Baza ssenarisi növbəti rüblərdə məzənnənin mülayim şəkildə zəifləməsini nəzərdə tutur, ona görə də "ideal nöqtəni tutmağa" çalışmaq deyil, alışları zamana yaymaq daha məntiqlidir. Bunun üçün həm hazırkı səviyyələrdən, həm də rublun mümkün əlavə möhkəmlənmə dövrlərindən istifadə etmək olar”, - deyə Makarov məsləhət görüb.
Strateq vurğulayıb ki, xalis valyuta alışını artıran əhalinin aktivliyi bu kontekstdə məntiqli görünür: investorlar rublun sonradan zəifləyəcəyi gözləntilərindən çıxış edərək, onun indiki güclü mövqeyini əldə saxlamağa çalışırlar.
Ekspert ilin sonuna qədər dolların məzənnəsinin 85 rubla çatacağını gözləyir.
Hüseyn İbadlı
-
Yaxın Şərq16:55ABŞ və İran sülh razılaşması 24 saat ərzində yekunlaşacaq
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı






































