Ekologiya
İyunun son gününə olan hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində iyunun 30-a gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.
-
Hadisə02:43
Bir ailənin 5 üzvü təyyarə qəzasında həlak oldu
-
İdman02:00
Konor bu rusu da hədəf aldı: Siçovulsan, gizlənirsən
-
İdman01:48
Portuqaliya 1/4 finalda - VİDEO
-
Qoroskop00:25
Günün qoroskopu: Səs-küylü əyləncələrə qatılmayın!
-
Nəqliyyat1 İyul 22:56
Azərbaycanda "manatlıq" taksilər tarixə qovuşur
-
Nida Xəbər 1 İyul 21:48
“Neqodnı”ların aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Magazin11 İyul 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR
-
İdman1 İyul 20:05
Balotelli sərxoş oldu, küçədə bu hala düşdü - VİDEO