Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edəcək
Bizi izləyin

Ekopublika.az

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edəcək

Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiyada satılan erməni və gürcü şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır.

Publika.az xəbər verir ki, bu barədə “Economic Truth” nəşrinin məlumatına görə, Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası məhsulları həm Ukrayna, həm də Rusiya bazarlarına çıxarılan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqini tələb edir. Korporasiyadan Ukrayna Təhlükəsizlik Xidmətinə göndərilən siyahıda 17 müəssisənin, o cümlədən Ararat, Sarajişvili brendləri və “Askaneli qardaşları” şərabları istehsalçılarının adları yer alıb.

Həmin müəssisələrin 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. Mediada yayılan məlumatlara görə, 2022-ci ildə Ukrayna ticarət şəbəkələrində Ermənistan və Gürcüstandan gətirilən 17,2 milyon dollar məbləğində 7,5 min tondan çox şərab məhsulları və konyak satılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm