"Putin kimdir, sən kimsən?" - Yeni baş katib türkləri qəzəbləndirdi
Bizi izləyin

Dünya

"Putin kimdir, sən kimsən?" - Yeni baş katib türkləri qəzəbləndirdi

NATO-nun gələcək baş katibinin Kiyevə daimi dəstəyin zəruriliyi ilə bağlı sözləri oxucuları qəzəbləndirib.

Publika.az xəbər verir ki, bu barədə yazı Türkiyənin “Haber7” nəşrində yer alıb.

Bildirilir ki, Niderlandın baş naziri postunu tərk etdikdən sonra verdiyi vida mesajında ​​Mark Rutte Ukraynanın Aİ və NATO-ya inteqrasiyasının zəruriliyini vurğulayaraq, Ukraynanın dəstəyinin qlobal təhlükəsizliyin təmin olunması üçün vacib olduğunu qeyd edib.

Qeyd edək ki, məlumatı oxuyanlardan biri "Putin kimdir və sən kimsən?", - deyə şərh bölməsində yazıb.

Digər şərhçilər NATO ölkələrinin çoxdan Vaşinqtonun "marionetka"sına çevrildiyini qeyd ediblər. Oxucular da NATO-nun niyyətlərinə şübhə ilə yanaşıblar və üçüncü dünya müharibəsi ehtimalı barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, bundan əvvəl Şimali Atlantika Şurası Niderlandın baş naziri Mark Rutteni NATO-nun yeni baş katibi təyin edib. O, 2024-cü il oktyabrın 1-də Yens Stoltenberqi əvəz edəcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm