Elm və təhsil
Məleykə Abbaszadə: “Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"
“Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir. Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək”.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində bildirib.
M.Abbaszadə deyib ki, əvvəlki illərdə insanlar yüksək məvacibli özəl sektora daha çox üstünlük verirdilər:
"Hazırda dövlət qulluğuna qəbulda şəffalığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə qəbul olmaq istəyənlərin sayının artmasına səbəb olub. Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək. Dövlət qulluğunda qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insaların dövlət qulluğuna qəbul olması üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb. Bütün mərhələlərdə vətəndaş məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir. Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır”.
M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi 2 təşkilatı özündə birləşdirib.
Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi, kütləvi imtahanların keçirilməsi üzrə 25 illik, Dövlət Qulluğu Mərhələləri üzrə Komissiya isə bu sahədə 12 illik təcrübəyə malikdir:
"Bu iki qurumun birləşdirilməsi birgə işlərin görülməsi ilə yanaşı, insan potensialının bir araya gəlməsi deməkdir. Bu amil əhaliyə xidmətlərin göstərilməsi sahəsində daha geniş səlahiyyətlərin verilməsi və işlərin həyata keçirilməsinə imkan verəcək. DQMK fəaliyyəti dövründə dövlət idarəçiliyinə qəbul sahəsində uğurlara imza atıb. DİM-in yaradılması və qarşıya qoyulan vəzifələr dövlət qulluğu sahəsində islahatların astanasında olduğunu göstərir. Bu sahədə Avropa İfttifaqı və digər dövlətlərin təcrübəsindən istifadə edilərək dövlət qulluğuna qəbul sistemini daha da təkmilləşdirməli və bu sahədə islahatlar həyata keçirməliyik. Bu işlərin görülməsi üçün bir sıra prinsiplər əsas götürülür. Bunlara dövlət idaəçiliyi islahatlarının strateji bazası, siyasi inkişaf və əlaqələndirmə, dövlət qulluğu və insan resurslarının idarəedilməsi, hesabatlılıq, xidmətlərin çatdırılması, dövlət maliyyələşməsinə nəzarət edilməsi prinsipləri daxildir”.
Vasif Həsənli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO