Elm və təhsil
Azərbaycanda bu ailələr evlərini uşaq bağçasına çevirə biləcəklər
Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra ediləcək.
Publika.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə edilir.
“Öyrənmə qutusu”nda hər kəs öz uşağı ilə məşğul olurdu, amma bu modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimə çevrilir. Bu model də bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək”, – deyə şöbə müdiri qeyd edib.
İlahə Rəsulova qeyd edib ki, sadəcə ana deyil, seçilən evin şəraiti ilə də maraqlanırlar.
“Evdə uyğun şərait varmı, təhlükəsizlik tələblərinə cavab verirmi? Otağın işıqlanması, ailə üzvlərinin sayı araşdırılır. “Ailə tipli təlim qrupları” modelində bu məsələlər nəzərə alınır”, – deyə o əlavə edib (Azərbaycan müəllimi).
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)







.jpg)


.jpg)
















.jpg)

