Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını müəyyənləşdirdi
Bizi izləyin

Elm və təhsil

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını müəyyənləşdirdi

Nazirlər Kabineti bu il dövlət sifarişli yerlərin sayı və ixtisaslarını müəyyənləşdirib. Müvafiq qərar Dövlət İmtahan Mərkəzinə göndərilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, özəl ali məktəblərin vakant yerlərinin sayı barədə hələlik məlumat daxil olmayıb.

Onun sözlərinə görə, bu il ümumi yerlərin sayında ciddi dəyişiklik yoxdur: “Mümkündür ki, ümumi sayı dəyişməsə də, bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı artsın və ya azalsın. Hazırda iqtisadiyyatda tələb olunan mütəxəssislərin hazırlanması üçün müəyyən ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayı çoxala bilər. Bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin sayının azaldılması mümkündür. Bu qərarı Nazirlər Kabineti verir və Dövlət İmtahan Mərkəzi yerinə yetirir”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm