Elm və təhsil
BDU-da “İblislə 20 gün” təqdim olundu - FOTO
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Aysel Məmmədovanın “İblislə 20 gün” adlı psixoloji detektiv romanının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, jurnalistika fakültəsinin III kurs tələbəsi Loğman Kamranlı tədbiri açaraq təqdim olunan kitab haqqında qısa məlumat verib, onun müəllifi Aysel Məmmədovanı təbrik edib. L.Kamranlı təqdimat mərasiminin keçirilməsinə verdiyi dəstəyə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür edib. Kitab haqqında yığcam, lakin maraqlı və məzmunlu məlumat verən Aysel Məmmədova auditoriyada “İblislə 20 gün”ə marağı artırıb.
Fakültənin dekan əvəzi, dosent Vüqar Əliyev kitabın universitet mühitində təqdimatının müəllifin gələcək yaradıcılığı üçün böyük stimul olacağını bildirib.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu, dosent Mahmud Mahmudov müəllifin tələbə kimi müsbət keyfiyyətlərindən bəhs edib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Sonda Aysel Məmmədova kitabdan monoloq səsləndirib və oxucular üçün kitablarını imzalayıb.
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR