BDU-da beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

BDU-da beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb - FOTOLAR

Bakı Dövlət Universitetində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

BDU-dan Publika.az-a verilən məlumata görə, konfransın plenar iclasını giriş sözü ilə açan rektor Abel Məhərrəmov Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Daha sonra Ukrayna Hüquq Elmləri Akademiyasının akademiki Oleq Zayçuk, Daxili İşlər Nazirliyi Polis Akademiyasının rektoru, polis general-mayoru Nazim Əliyev çıxış ediblər. Hüquq fakültəsinin dekanı Əmir Əliyev fakültənin tarixi, müasir dönəmi, tədris və elmi uğurları, görkəmli məzunları haqqında danışıb, son illər həyata keçirdikləri layihə və beynəlxalq konfranslardan, o cümlədən ulu öndər Heydər Əliyevə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib.

Konfransın plenar iclasında Ukrayna Dövlət Vergi Xidməti Milli Universitetinin professoru Leonik Timçenko, İvan Franko adına Lvov Milli Universitetinin Avropa hüququ kafedrasının müdiri, professor Mixail Mıkiyeviç, Ukrayna Vəkillər Akademiyasının Cinayət hüququ və inzibati hüquq kafedrasının müdiri, professor Yevgeniv Fesenko, Polşanın A.Modjevskiy adına Krakov Akademiyasının professoru Aleksandr Merejko, o cümlədən Milli Aviasiya Universitetinin Hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev, Ədliyyə Akademiyasının rektor əvəzi, dosent Elçin Xələfov, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Bakı Dövlət Universiteti ilə Daxili İşlər Nazirliyi Polis Akademiyası arasında təhsil və elmi fəaliyyət üzrə qarşılıqlı fəaliyyət haqqında protokol imzalanıb. Protokolu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Polis Akademiyasının rektoru Nazim Əliyev imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm