Elm və təhsil
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı
Avqustun 15-də məktəbəhazırlıq qruplarına məktəblərdə uşaqların sənədlərinin qəbulu başlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Publika.az-a verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron sistemdə qeydiyyatı aparılmış uşaqların sənədlərinin qəbulu avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır.
Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış uşaqların elektron qeydiyyatı isə sentyabrın 18-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün ərizələrin onlayn qeydiyyatı mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
-
Nida Xəbər 14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA