Azərbaycanlı alim Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ - VİDEO
Bizi izləyin

Elm və təhsil

Azərbaycanlı alim Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ - VİDEO

"Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.

Y.Mahmudov bildirib ki, işğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır.

“Azərbaycan xalqı 3 böyük dövlətin - Rusiya, ABŞ və Fransanın kiçik Ermənistana təzyiq göstərməməsindən narazıdır", - deyə Yaqub Mahmudov qeyd edib.

Deputat bildirib ki, Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur: “Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm